COP29

Millilər nə qədər qazandı?

24 İyul 04:00 Avropa çempionatı 447
Millilər nə qədər qazandı?

Avro-2024-də çıxış edən bütün millilərə iştirak üçün 9.25 milyon avro ödənilib.

Sportinfo.az xəbər verir ki, futbol üzrə Avropa Çempionatında (Avro-2024) iştirak edən komandalara paylanacaq ümumi pul mükafatının (331 milyon avro) 28 milyon 250 min avrosunu çempion İspaniya qazanıb.

Turnirdə komandalara 9 milyon 250 min avro iştirak haqqı ödənilib və qrupdakı hər qələbəyə görə 1 milyon avro verilib.

Qrupdan çıxan 16-lığa düşən komandalar əlavə 1.5 milyon avro, 1/4 finala yüksələnlər əlavə 2.5 milyon avro mükafata layiq görülüblər.

Yarımfinal iştirakçıları isə əlavə 4 milyon avro mükafat əldə ediblər. Avro-2024 çempionuna 8 milyon avro əlavə ödəniş edilib.

Beləliklə, çempion İspaniya ümumilikdə 28 milyon 250 min avro mükafat qazanıb.

Türkiyə seçməsi isə 1/4 finalda Niderlanda məğlub olsa da, 15 milyon 250 min avro mükafat alıb.

İkinci yerin sahibi İngiltərə millisi 24 milyon 250 min avro qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?