Almaniya millisinin sabiq üzvü Yurgen Klinsmann 2024-cü il Avropa çempionatının İspaniya və İngiltərə milliləri arasında keçirilən final oyununun nəticəsini şərh edib.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, final fitindən sonra ingilis azarkeşlərə yazığının gəldiyini bildirib:
“Qaçırmamaqda qərarlı olduğunuz zaman başqa sürətə keçə bilməzsiz. Hamı başa düşür ki, İngiltərə yığması dünyanın ən yaxşı komandalarından biridir.
AÇ-2024-ün finalı daha bir əldən verilmiş fürsətdir. Final fitindən sonra ingilis azarkeşlərə yazığım gəldi”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçirilib. İngiltərə yığması turnirin final matçında İspaniya millisinə 1:2 hesabı ilə uduzub.