COP29

“Bu adamın bütün karyerası hələ qarşıdadır, böyüməyə davam edəcək”

14 İyul 20:50 Avropa çempionatı 616
“Bu adamın bütün karyerası hələ qarşıdadır, böyüməyə davam edəcək”

“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta Avropa çempionatının finalı ərəfəsində ispaniyalı vinger Lamin Yamalın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş futbolçu, Yamalın yaxşı final keçirəcəyinə ümid etdiyini bildirib:

“Siz onun oyunundan ancaq həzz ala bilərsiz. Ümid edirəm ki, Yamal yaxşı final oyunu keçirəcək.

O, komandanın əsas oyunçularından biridir. Bu adamın bütün karyerası hələ qarşıdadır. Lamin böyüməyə davam edəcək”.

16 yaşlı futbolçu Avropa çempionatında 6 oyunda iştirak edib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

AÇ-2024-ün final matçında İspaniya və İngiltərə milliləri qarşı-qarşıya gələcək. Qarşılaşma iyulun 14-də Berlində keçiriləcək və saat 23:00-da start götürəcək.

Xəbər Lenti