Bu gün Almaniyada sayca 17-ci Avropa çempionatının finalında İspaniya və İngiltərə yığmaları üz-üzə gələcək.
Berlindəki “Olimpiastadion” arenasında keçiriləcək qarşılaşmanın baş hakimi funksiyasını Fransua Leteksyer yerinə yetirəcək.
Bu komandalar indiyə qədər 27 dəfə görüşüb.
Bu matçların 14-də İngiltərə qalib gəlib. 3 matçda tərəflər arasında heç-heçə qeydə alınıb. İspanlar isə 10 dəfə qələbəyə sevinən tərəf olub.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov tərəflərin bir-birilərinə qarşı quracağı üstünlüklərdən danışıb, ispanların favorit olduğunu diqqətə çatdırıb:
"İspaniya turnir başlayandan finaladək baxımlı futbol oynayan bəlkə də yeganə komandadır. Həm toplu, həm də topsuz oyunda üstünlükləri çoxdur.
İngiltərə rəqibin basqısını qırmaq üçün ikinci fazaya çox yüklənməlidir. Belə olacağı halda, hücum bölgəsində ispanların say baxımından çoxalması çətinləşə bilər".
Tanınmış jurnalist eyni zamanda İngiltərənin baş məşqçisi Qaret Sautqeytin ciddi tənqid hədəfinə tuş gəlməsindən danışıb, ispanların sürətli oyununun çempionata rəng qatmasından da bəhs edib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: