İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün finalında İngiltərə ilə oyun öncəsi gözləntilərini bölüşüb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı finalda qələbə ilə məğlubiyyət arasında çox incə bir xəttin olduğunu bildirib:
“Hər şeyi verirsənsə, bütün gücünü meydanda buraxırsansa, bu, uğursuzluq ola bilməz.
Amma bəzən qələbə üçün kifayət etməyə də bilər. Xüsusilə, finalda qələbə ilə məğlubiyyət arasında çox incə bir xətt var.
Qələbə üçün mübarizə aparmalısan. Amma bütün gücünü ortaya qoyub buna nail olmayanları məğlub adlandırmaq olmaz, çünki rəqibləri daha yaxşı idi”.
İspaniya millisi Avropa çempionatının finalında İngiltərə yığması ilə qarşılaşacaq. Matçın start fiti iyulun 14-də, saat 23:00-da səslənəcək.