“Mançester Siti” və “Lester”in keçmiş baş məşqçisi Sven-Yoran Eriksson İngiltərə və İspaniya millilərinin mübarizə aparacağı AÇ-2024-ün final matçı öncəsi fikirlərini bölüşüb.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, isveçli mütəxəssis İngiltərə millisinin qalib gələ biləcəyini söyləyib:
“Növbəti bazar gününün İngiltərə futbolunun gələcəyi üçün nə qədər vacib ola biləcəyini izah etmək olmaz.
Bu komandanın bütün ölkəyə sübut etmək şansı var: “Biz buradayıq”. İspaniya çox yaxşıdır, bəlkə d, Avropa çempionatının ən yaxşı komandasıdır.
Amma finalda bunun heç bir əhəmiyyəti yoxdur. İngiltərə millisi qalib gələ bilər”.
Avropa çempionatının final matçı iyulun 14-də keçiriləcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.