COP29

“İngiltərə heç vaxt başqa ölkədə keçirilən böyük turnirdə qalib olmayıb”

12 İyul 15:40 Avropa çempionatı 315
“İngiltərə heç vaxt başqa ölkədə keçirilən böyük turnirdə qalib olmayıb”

İngiltərə millisinin keçmiş futbolçusu Qari Lineker ingilislərin İspaniya yığması ilə qarşılaşacağı Avropa çempionatının finalından gözləntilərini bölüşüb.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, komandanın tarixi nailiyyətin astanasında olduğunu bildirib:

“Bu matç futbolumuz üçün çox önəmlidir. İngiltərə komandası Avropa çempionatının finalında olub, lakin “Uembli”dəki görüş məyusluqla başa çatmışdı.

Qarşıda daha bir çətin qarşılaşma var, komanda tarixi nailiyyətin astanasındadır. İngiltərə heç vaxt başqa ölkədə keçirilən böyük turnirdə qalib olmayıb”.

Avropa çempionatının final qarşılaşması İngiltərə və İspaniya komandaları arasında iyulun 14-də, Berlindəki stadionda keçiriləcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Xəbər Lenti