COP29

"Təslim olmayacağıq, əllərimizi yanımıza salmayacağıq”

12 İyul 00:40 Avropa çempionatı 302
"Təslim olmayacağıq, əllərimizi yanımıza salmayacağıq”

“Bu cür oyunu uduzmaq məyusedicidir. Təbii ki, hava isti idi. Amma hər iki komanda eyni şəraitdə oynayırdı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şerif”in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Ukraynalı mütəxəssis qeyd edib ki, rəqib qapısını toxunulmaz saxlamalı, onlar isə qol vurmalı idilər:

“Hücumlar qurmağa çalışdıq. Fərqlənmək üçün şanslarımız da var idi.

Lakin onlardan faydalana bilmədik. Statistikaya baxsaq, rəqibin cəmi bir zərbəsi oldu, o da qolla yekunlaşdı”.

Məğlubiyyətə baxmayaraq, Y.Qura təslim olmayacaqlarını bildirib:

“Bu cür oyunları uduzmaq çox ağırdır. Lakin təslim olmayacağıq, əllərimizi yanımıza salmayacağıq.

Əgər rəqib fərqlənibsə, deməli, orada müdafiəçilər səhvə yol veriblər. Oyun praktikasının azlığını qeyd etməyəcəm.

Çünki bu, bəhanə kimi görünə bilər. Bəlkə də Volkovun ustalığı öz sözünü dedi. Həmin epizodda fərqləndiyi üçün ona əhsən”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə