COP29

İlkin Fikrətoğlu - AVRO-2024 Azərbaycanın kənardan izlədiyi son Avropa çempionatı olacaq?

7 İyul 19:00 Avropa çempionatı 926
İlkin Fikrətoğlu - AVRO-2024 Azərbaycanın kənardan izlədiyi son Avropa çempionatı olacaq?

Jurnalist kimi Azərbaycanın ilk mərc oyunları saytı etopaz-ın təşkilatçılığı ilə bir necə xarici səfərdə olmuşam.

Milli komandanın seçmə mərhələdə, “Qarabağ”ın isə avrokuboklardakı səfər oyunlarında.

Amma bunlarn hec biri miqyasına, futbol coşqusuna, ab-havasına görə AVRO-2024-lə müqayisəyə gəlməz.

2022-də Qətərdəki dünya çempionatında olduğu kimi, Avropanın da futbol bayramına məhz mediaya hər zaman dəstəyini əsirgəməyən etopaz-ın təşkilatçılığıyla yollanmışdıq. İstiqamət isə Şimali Reyn Vestfaliya regionu idi.

Düsseldorfun AVRO-2024-də qəbul etdiyi iyunun 17-də Fransa-Avsrtiya matçına ev sahibi oldu. Amma şəhərdə izdiham yaradan təkcə fransızlarla avstriyalılar deyildi.

Burada müxtəlif ölkələrin fanatlarına rast gəlmək olardı: ənənəvi geyimlərində - kiltdə olan şotlandlardan rəngarəng hollandlara qədər.

Küçə musiqiciləri öz işndə, su yerinə içilən pivə də ikiqat bahasına. Türk dönər ustalarının isə müştəri əlindən nəfəs almağa belə vaxtı yoxdur.

Düsseldorfun izdihamlı yerlərində - Reyn cayının sahil zolağında, Burqpals meydanında, köhnə şəhər = Allştadtda fan zonalar təşkil edilmiş, azarkeşlər üçün iri monitorlar quraşdırılmışdı.

Bu fan zonalara müxtəlif millətlərin nümayəndələri bir-birinə qarışsa da. hansısa insidentə rast gəlinmir. Əlahəzrət futbol hamını birləşdirib.

Düsseldorfdan 70 km aralıda Dortmundda isə türk rüzgarı əsir. Onsuz da, türk əsilli əhali bu şəhərdə yətərincə coxdur.

Türkiyənin AVRO-2024-dəki debütünü izləmək istəyənlər də digər regionlardan, Avropaın başqa ölkələrindən axışaraq Dortmund kücələrini ay-ulduzlu qırmızı rəngə boyamışdı.

Alman polisinin müşayiəti ilə “Siqnal İduna Park”a yollanan çoxminlik fanat ordusunun nizami yürüşünə hətta Dormundun təxminən saatyarım davam edən leysan yağışı da mane ola bilmıdi.

Stadiona bu insan axınının nəticəsi o oldu ki, 82 minlik “Siqnal İduna Park”da sanki 85 milyolnluq Türkiyə yerləşmişdi. Sözlə ifadə olunmaz görüntülər idi.

Meydanda üz-üzə glən qonşularmızdır. Daha doğrusu, biri qonşumuz, digəri qardaşımız. 3:1 hesablı qələbə qazanan Türkiyə millsinin oyununda narahatlq doğuran məqamlar az deyildi.

Amma qoy onlarla baş məşqçi Montella məşğul olsun. Mert Müldür və Arda Gülerin Gürcüstanın qapısına vurduğu qollar isə bu günə qədər AVRO-2024-də vurulan ən gözəl qollar sayıla bilər.

Gürcüstamn ilk dəfə qatıldığı Avropa çemionatının açılış matçında güclü rəqibi qarşısında gözəl oyun nümayiş etdirdi. Uduzsalar belə, ən xoş sözlərə, alqışa layiqdirlər.

Ümid edək ki, bu bayramdan yaxın illərdə bizim kücədə də yaşanacaq, AVRO-2024 Azərbaycan azarkeşinin kənardan izlədiyi son Avropa çempionatı olacaq.

Bax onda Türkiyə fanatlarının ürəkdən oxuduğu “bir başkadır memleketim benim” şarksı ilə yanaşı, tribunalara Zülfiyyə Xanbabayevanın “Qurban olum, Azərbaycan” mahnısını eşidə bilərik.

İlkin Fikrətoğlu

Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?