COP29

Montellanın inadı, 50 dəqiqəlik möhtəşəm mübarizə... VİDEO

7 İyul 16:30 Avropa çempionatı 404
Montellanın inadı, 50 dəqiqəlik möhtəşəm mübarizə... VİDEO

"İlk hissə möhtəşəm Türkiyə izlədik.

Avstriya ilə oyunun planı burada da tətbiq edildi. Sadəcə, unuduldu ki, qarşıdakı rəqib Niderlanddır.

Topsuz oyuna üstünlük verdikdə, qapında istər-istəməz qol görəcəksən. Montella eyni anlayışı ikinci hissədə də saxlamılı idi".

Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist AVRO-2024-ün 1/4 finalında Niderland - Türkiyə qarşılaşması (2:1) barədə danışıb, maraqlı fikirlərlə diqqət çəkib.

Vurğulayıb ki, Türkiyə komandası ilk hissədə möhtəşəm təsir bağışlayıb.

Bildirib ki, Barış Alper Yılmaz, Hakan Çalhanoğlu, Ferdi Kadıoğlu ilk hissədə ikinci fazadakı yüksək səviyyədə çıxışı ilə fərq yaradıb.

Elçin Cəfərov eyni zamanda Türkiyənin baş məşqçisi Vinçenzo Montellanın səhvləri barədə danışıb, komanda şəkilində geri çəkilməklərini anlaya bilmədiyini diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu