COP29

“Lotoreya”nı udmaq yalnız ingilislərin bəxtinə yazılıb? - VİDEO

7 İyul 00:40 Avropa çempionatı 268
“Lotoreya”nı udmaq yalnız ingilislərin bəxtinə yazılıb? - VİDEO

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İngiltərə - İsveçrə matçının qalibi penaltilər seriyasında müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşan matçın penaltilər seriyasında İngiltərə millisi üstün olub - 5:3.

Oyunun əsas vaxtında İsveçrə millisinin futbolçusu Bril Embolo 75-ci dəqiqədə fərqlənib. İngiltərə yığmasından isə Bukayo Saka 80-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

İngiltərə yığması yarımfinalda Niderland - Türkiyə matçının qalibi ilə görüşəcək.

İngiltərənin baş məşqçisi Qaret Sautqeyt:

“Bu, keçirdiyimiz ən yaxşı oyundur. Oyunçuların parlaq çıxış edəcəyini düşünürdüm. Biz onlara topla bağlı çox problem yaratdıq. İsveçrə həqiqətən yaxşı rəqibdir, təzyiq etmək, onlara qarşı müdafiə olunmaq çətindir. Yaxşı hərəkətlər edirlər. Yenidən arxadan irəli gəldik, xarakter və möhkəmlik göstərdik. Yalnız yaxşı oynamaq deyil, digər atributların hamısını göstərməlisiniz".

İsveçrənin baş məşqçisi Murat Yakın:

“Həm futbolçular, həm də millətimiz üçün kədərlənirəm. Ağırdır, çox səylər göstərdik, şanslar yaratdıq. İngiltərə yığmasının çox şansı olmadı. Evə qayıtmağa layiq deyilik, amma həqiqətən fəxr edirəm. İngiltərə də uduzmağa layiq deyildi. Amma kimsə itirməlidir".

Xəbər Lenti