COP29

"Bu oyundan sonra ölkəmizə qayıdacağımızı düşünmürdüm"

5 İyul 15:40 Avropa çempionatı 425
"Bu oyundan sonra ölkəmizə qayıdacağımızı düşünmürdüm"

Türkiyə yığmasına məğlub olaraq AÇ-2024-də mübarizəni dayandıran Avstriyanın baş məşqçisi Ralf Ranqnik matçdan sonra maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis “ay ulduzluların” qapıçısı Mert Günokun oyununu tərifləyib.

O, qolkiperi əfsanəvi ingilis qapıçı Qordon Banksla müqayisə edib:

“Bərabərlik qolunu vurmaq üçün kifayət qədər vaxtımız oldu. Buna çox yaxın idik.

Amma Türkiyənin qapısında “Qordon Banks” var idi.

Bu oyundan sonra ölkəmizə qayıdacağımızı düşünmürdüm, yolumuza davam edəcəyimizi güman edirdik. Məğlubiyyətdən dərs çıxarmalıyıq”.

Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq