COP29

"Qalib gəlsək, o, susmalı olacaq" - CAVABINI VERDİ

4 İyul 22:00 Avropa çempionatı 480
"Qalib gəlsək, o, susmalı olacaq" - CAVABINI VERDİ

İspaniya millisinin müdafiəçisi Emerik Laport Almaniya yığmasının sabiq qapıçısı Yens Lemanın açıqlamasına sərt reaksiya verib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu Lemanın sözlərinin o qədər də böyük məna kəsb etmədiyini bildirib:

“Onun sözlərindən təsirlənmirik. Qalib gəlsək, o, susmalı olacaq. Lemanın sözləri o qədər də böyük məna kəsb etmir”.

Leman AÇ-2024-də çıxış edən İspaniya millisi haqda “bu, kiçik və təcrübəsiz komandadır” ifadələrini işlətmişdi.

İspaniya və Almaniya milli komandaları arasındakı görüş iyulun 5-də keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Xəbər Lenti