COP29

Türkiyə nəfəs kəsən oyunu qazandı, ¼-ə çıxdı - VİDEOLAR

3 İyul 01:00 Avropa çempionatı 494
Türkiyə nəfəs kəsən oyunu qazandı, ¼-ə çıxdı - VİDEOLAR

Almaniyada təşkil olunan Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.

Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.

Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

Komandaların start heyətləri:

Avstriya: Pentz, Poş, Danso, Leyhart, Mvene, Seivald, Laymer, Şmid, Baumqartner, Sabitzer, Arnautoviç

Ehtiyat oyunçular: Danilus, Entrup, Qreqorits, Qrillists, Qrull, Hedi, Kaynz, Lindner, Prass, Querfeld, Seydi, Veymann, Vober

Türkiyə: Mert Günok, Merih Demiral, Arda Güler, İsmail Yüksek, Mert Müldür, Kenan Yıldız, Ferdi Kadıoğlu, Abdülkerim Bardakcı, Orkun Kökçü, Kaan Ayhan, Barış Alper Yılmaz

Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zeki Çelik, Okay Yokuşlu, Kerem Aktürkoğlu, Cenk Tosun, Ahmetcan Kaplan, İrfan Can Kahveci, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım, Salih Özcan, Yusuf Yazıcı

Xəbər Lenti