COP29

"Təbii ki, nəticədən razı deyilik, biz 1/4 finala çıxmaq üçün böyük səy göstərdik”

2 İyul 15:40 Avropa çempionatı 316
"Təbii ki, nəticədən razı deyilik, biz 1/4 finala çıxmaq üçün böyük səy göstərdik”

Sloveniya millisinin qapıçısı Yan Oblak komandasının AÇ-2024-dən kənarlaşdırılmasından sonra jurnalistlərə açıqlama verib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, sloveniyalı qolkiper bəxtlərinin gətirmədiyini bildirib:

“Təəssüf ki, alınmadı. Buradakı atmosfer sadəcə heyrətamizdir və bu, indi işi daha da çətinləşdirir.

Əlavə vaxtda nə baş verdiyini hamı gördü. Qol vura bilərdik, amma yəqin ki, bəxtimiz gətirmədi.

Sonda Portuqaliya layiqincə qalib gəldi, təbrik edirəm. Təbii ki, nəticədən razı deyilik, biz 1/4 finala çıxmaq üçün böyük səy göstərdik”.

Sloveniya millisi Portuqaliyaya penaltilər seriyasında (0:3) məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO