COP29

“Məğlubiyyətin günahkarı o deyil” – AVRO-2024-dən VİDEO

2 İyul 00:30 Avropa çempionatı 203
“Məğlubiyyətin günahkarı o deyil” – AVRO-2024-dən VİDEO

Almaniyada təşkil olunan Avropa çempionatının Fransa və Belçika arasında 1/8 final görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub. 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

“Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur” - bunu Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

Mütəxəssis rəqibin ehtiyatlı oyun sərgilədiyini söyləyib:

"Belçika kağız üzərində daha çox hücum edən komanda kimi görünə bilər. Amma çox ehtiyatla oynayırdılar.

Öz fürsətlərimizi gözlədik, yaratdığımız şansı qola çevirdik. Qarşılaşma boyunca topa nəzarət etməklə qalib gəlmək olmur. Ən vacib məsələ odur ki, biz 1/4 finala yüksələn tərəfik".

“Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq” - bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko deyib.

"Final fitinə 5 dəqiqə qalmış avtoqol nəticəsində buraxılan qolun ardından matç barədə nəsə demək çətindir. Qarşıdakı günlərdə AVRO-2024-də keçirdiyimiz bütün görüşləri təhlil edəcəyik.

Qapıçımız Kun Kastels bu gün möhtəşəm idi. Məğlubiyyətin günahkarı o deyil. Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq. Təəssüf ki, sonda məğlub olduq", - mütəxəssis söyləyib.

Fransa - Belçika 1:0

Qol: Yan Vertongen, 85-avtoqol

Baş hakim: Qlen Niberq (İsveç)

"Merkur Spiel Arena"

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO