COP29

İngilis bəxti buna deyirlər – AVR0-2024-dən VİDEO

1 İyul 00:30 Avropa çempionatı 224
İngilis bəxti buna deyirlər – AVR0-2024-dən VİDEO

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə - Slovakiya matçına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.

Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellinqem İngiltərə millisinin bərabərlik qolunu vurub.

Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub.

91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə komanda 1/4 final mərhələsinə vəsiqə qazanıb.

İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?