COP29

"Çox şeyə müvəffəq olmadıq, amma canımızla və ürəklə oynadıq"

1 İyul 00:00 Avropa çempionatı 169
"Çox şeyə müvəffəq olmadıq, amma canımızla və ürəklə oynadıq"

Almaniya millisinin müdafiəçisi David Raum Avropa çempionatının 1/8 finalında Danimarka yığması ilə dünən keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb.

Sportinfo.az Almaniya Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Raum, bu oyunun neytral azarkeşlər üçün da maraqlı olduğuna inandığını deyib:

“VAR, penaltilər və çoxlu şanslarla dolu çılğın matç. Düşünürəm ki, kənar azarkeşlər üçün bu oyunu izləmək maraqlı idi.

Çox şeyə müvəffəq olmadıq, amma canımızla və ürəklə oynadıq”.

Oyun Almaniya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Almanlar 1/4 finalda İspaniya və ya Gürcüstan millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?