COP29

“İndi hər matç nokaut oyunudur” - Harri Keyn

30 İyun 17:20 Avropa çempionatı 216
“İndi hər matç nokaut oyunudur” - Harri Keyn

İngiltərə millisinin hücumçusu Harri Keyn AÇ-2024-ün 1/8 finalında Slovakiya ilə görüşdən əvvəl fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu rəqibin ünvanına xoş sözlər deyib:

“Slovakiya millisində keyfiyyətli futbolçular var. Yüksək intensivliklə pressinq etməyi və rəqiblərinin işini çətinləşdirməyi, ötürmə ilə oynamağı və oyunu idarə etməyi xoşlayırlar.

Biz lazım olan nəticəni əldə edə bilirik. Nəticə qazanmaq üçün yaxşı oyun keçirməliyik. İndi hər matç nokaut oyunudur”.

Oyun bu gün keçiriləcək və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?