COP29

“Sportinfo TV”: Tarixin ən zəif komandasına futbol dərsi verdilər - VİDEO

30 İyun 11:55 Avropa çempionatı 1 212
“Sportinfo TV”: Tarixin ən zəif komandasına futbol dərsi verdilər - VİDEO

“Tarixin ən zəif İtaliyasını izlədik.

Qrup mərhələsini də şans hesabına keçmişdilər. İsveçrə qarşısında imkanları sıfıra bərabər idi".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avro-2024-də 1/8 final mərhələsində keçirilən İsveçrə - İtaliya matçına (2:0) toxunub, tərəflərin oyun planlarını təhlil edib:

"Meydanın mərkəzində daha gərgin mübarizənin şahidi olduq. Xüsusilə ikinci zonada topa sahib olmaq üçün tərəflərin bir-birilərinə qarşı basqısını izlədik.

Ancaq çox keçmədi, İsveçrə üstünlüyü tam ələ aldı. Sürətli ötürmələrlə oyunu meydançanın İtaliyaya aid hissəsinə yıxmağı bacardı.

Cinahdan təşkil edilən ötürmələrlə ilk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli epizodlar da yaratdı. İtalyanlar isə müdafiədən topu oyuna daxil etməkdə çətinliklə üzləşdilər.

Ona görə də uzun ötürmələrlə El-Şaravi ilə əks hücum taktikasına keçdilər.

Ancaq topsuz oyuna üstünlük verən İtaliya yığması İsveçrənin oyun tempini yalnız qayda pozuntuları ilə almağa çalışdı".

Elçin Cəfərov eyni zamanda Almaniya-Danimarka matçı (2:0) barədə də danışıb, maraqlı şərhlər verib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?