COP29

AVRO-2024: Almaniya – Danimarka – CANLI YAYIM

29 İyun 23:00 Avropa çempionatı 430
AVRO-2024: Almaniya – Danimarka – CANLI YAYIM

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/8 final oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Almaniya və Danimarka üz-üzə gələcək.

Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.

Almaniya və Danimarka daha əvvəl böyük turnirlərdə (Avropa və dünya çempionatı) 4 dəfə qarşılaşıblar.

Bu oyunların ikisində Almaniya, digər ikisində isə skandinaviyalılar qalib gəliblər.

Danimarka qitə çempionu olduğu 1992-ci ildəki turnirin finalında məhz Bundestimi məğlub edib - 2:0.

AVRO-2024-də günün ikinci görüşündə İtaliya yığması İsveçrə səddini keçməyə çalışacaq. Bu, komandaların böyük yarışlarda beşinci dueli olacaq.

Hər iki tərəf daha əvvəl iki qalibiyyətə sevinib. İsveçrə 1954-cü ildəki dünya çempionatında iki dəfə rəqibini üstələməyi bacarıb.

1962-ci ildəki mundialda və AVRO-2020-də isə italyanlar qələbə əldə ediblər.

23:00. Almaniya - Danimarka

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, "Siqnal İduna Park" stadionu.

Digər Xəbərlər
Xəbər Lenti