![Bu gün Almaniya və İtaliya AVRO-2024 ilə vidalaşacaq?](https://www.sportinfo.az/media/2024/06/29/euro-top-scaled-e1701357627179.jpg)
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start veriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gələcək.
Berlindəki Olimpiya stadionunda keçiriləcək oyunda A və B qrupunun ikinciləri münasibətlərinə aydınlıq gətirəcək.
Növbəti görüş isə Almaniya və Danimarka seçmələri arasında baş tutacaq.
Meydan sahibləri A qrupunun birincisi, danimarkalılar isə C qrupunun ikincisidir.
29 iyun
20:00. İsveçrə - İtaliya
Baş hakim: Şimon Marçinyak (Polşa).
Berlin, Olimpiya stadionu.
23:00. Almaniya - Danimarka
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund, "Siqnal İduna Park" stadionu.