COP29

"Mənə görə, hazırda AÇ-2024-ün ən yaxşı oyunçusu odur"

29 İyun 15:20 Avropa çempionatı 2 353
"Mənə görə, hazırda AÇ-2024-ün ən yaxşı oyunçusu odur"

Almaniya millisinin sabiq üzvü Lotar Matteus qrup mərhələsinin nəticələrinə əsasən Avropa çempionatının ən yaxşı futbolçusunun kim olması haqda sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, AÇ-2024-də ən yaxşı oyunçunun avstriyalı Marsel Sabitzer olduğunu bildirib:

“Hazırda mənə görə AÇ-2024-ün ən yaxşı oyunçusu Marsel Sabitzerdir.

Onun rahatlığını, zərifliyini, komanda yoldaşlarından istifadə etmə tərzini, arxa xətdə işləməsini, irəliləmə sürətini bəyənirəm. Mən onu “Borussiya”da belə xatırlamıram”.

Avstriya millisi AÇ-2024-də Polşa və Niderlanda qalib gələrək, qrupda 1-ci yeri tutub. Onlar 1/8 finalda Türkiyə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti