COP29

“Göstərdik ki, hər kəsi məğlub edə bilərik” - Xviça Kvaratsxeliya

28 İyun 00:20 Avropa çempionatı 262
“Göstərdik ki, hər kəsi məğlub edə bilərik” - Xviça Kvaratsxeliya

Gürcüstan millisinin oyunçusu Xviça Kvaratsxeliya Avropa çempionatının pley-off mərhələsində İspaniya ilə görüşlə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu mümkün qədər yaxşı çıxış ütmək üçün əllərindən gələni edəcəklərini bildirib:

“Bizim bu komandaya hörmətimiz var. Gürcüstan onlara qarşı çox oyun keçirib və ona görə də onlarla tanışdır.

İspaniya və Portuqaliya ən güclü komandalardan ikisidir, amma biz göstərdik ki, hər kəsi məğlub edə bilərik.

Avropa çempionatında asan rəqib yoxdur. Mümkün qədər yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik”.

Gürcüstan millisi AÇ-nin qrup mərhələsinin 3-cü turunda Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək