COP29

Gürcüstan AVRO-2024-ün ən böyük SENSASİYAsına imza atdı - VİDEO

27 İyun 02:20 Avropa çempionatı 451
Gürcüstan AVRO-2024-ün ən böyük SENSASİYAsına imza atdı - VİDEO

Almaniyada keçirilən Avropa çempionatının F qrupunda III turun oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Helzenkirhendəki "Feltins Arena"da keçirilən Gürcüstan - Portuqaliya qarşılaşması birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup lideri, Türkiyə millisi isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?