COP29

AÇ-2024-ə aparacağı zədəli futbolçulardan danışdı

16 May 22:00 Avropa çempionatı 374
AÇ-2024-ə aparacağı zədəli futbolçulardan danışdı

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AÇ-2024-ə dəvət alan futbolçular Florian Virts, Camal Musiala və Leroy Sanenin zədələrindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ciddi narahatlığın olmadığını bildirib:

“Virts ilə bağlı ciddi narahatlıq yoxdur. Eyni şey Musialaya da aiddir. Lakin o və Sane bu həftəsonu oynamayacaqlar”.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının son qalibi İtaliya millisidir.

Almaniya millisi AÇ-2024-də A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?