Belçika millisinin forvardı Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsinin ən yaxşı bombardiri olub.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu meydana çıxdığı 8 matçda 14 qol vuraraq bunu bacarıb.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo 10 qolla 2-ci, Fransa millisinin forvardı Kilian Mbappe 9 xalla 3-cü olub.
Avropa çempionatının final mərhələsi gələn ilin yayında Almaniyada keçiriləcək Püşkatma dekabrın 2-də keçiriləcək.
Lukaku Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Azərbaycana qarşı matçda 4 qol vurub.