
Azərbaycanda futbol üzrə 2024-cü il Avropa çempionatını yayımlayacaq kanal müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Almaniyada keçiriləcək çempionatın final mərhələsini İctimai Televiziya yayımlayacaq.
Həmçinin oxuyun: Prezidentdən "Avro-2024"lə bağlı sərəncam
Yayımın təşkili ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamına əsasən, İTV-yə 940 min 500 avronun manat ekvivalentində vəsait ayrılıb.