COP29

“Bu İngiltərə məni artıq hövsələdən çıxarıb. Heç də yaxşı komanda deyil"

11 İyul 12:20 Avropa çempionatı 2 766
“Bu İngiltərə məni artıq hövsələdən çıxarıb. Heç də yaxşı komanda deyil"

“Real”ın sabiq futbolçusu Rafael van der Vart Avropa çempionatının yarımfinalında Niderland – İngiltərə matçının (1:2) nəticəsini şərh edib.

Sportinfo.az “nos.nl”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu ingilislərin yalnız ilk yarım saatda oynadıqlarını bildirib:

“Bu İngiltərə məni artıq hövsələdən çıxarıb. Heç də yaxşı komanda deyil.

Meydanda heç nə etmək istəmirlər. İngilislər yalnız ilk yarım saatda oynadılar.

Onların həqiqətən də ən yaxşı olduqlarını sübut etməyə davam etmələri lazım idi”.

Avropa çempionatının final matçında İngiltərə millisi Fransanı məğlub edən (2:1) İspaniya yığması ilə üz-üzə gələcək. Turnirin həlledici oyunu iyulun 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti