COP29

Avropanın yeni "qızıl oğlanlar"ı, buyurun… FOTOLAR

15 İyul 02:20 Avropa çempionatı 1 452
Avropanın yeni "qızıl oğlanlar"ı, buyurun… FOTOLAR

İspaniya millisi AÇ-2024-ün finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək çempionluğu bayram edib.

Sportinfo.az xəbər verir ki, bu, yığmanın tarixindəki 4-cü Avropa çempionluğu olub.

İspanlar buna qədər 1964, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olmuşdu.

İngiltərə millisi isə ikinci dəfə Avropa çempionatının finalında məğlub oldu. Beləliklə, ingilislərin kubok həsrəti 58 ilə yüksəldi.

İspaniya millisi AÇ-2024-də keçirdiyi 7 oyunun hamısında qalib gəlib. Yığma bu qarşılaşmalarda ümumilikdə 15 qol vurub ki, bu da Avropa çempionatları tarixində rekord göstəricidir.

Bu rekord göstəriciyə indiyədək 1984-cü ildə Avropa çempionu olan Fransa millisi sahib idi. Həmin ildə finalda məhz İspaniyanı məğlub edən fransızlar 14 qolla yadda qalmışdı.

ispaniya-cempion












Digər Xəbərlər
Xəbər Lenti