Almaniyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin ən yaxşı qolu bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransa ilə qarşılaşmada 21-ci dəqiqədə vurduğu qol ən yaxşı seçilib.
Yamal bu qolla AÇ tarixində qol vuran ən gənc futbolçu ünvanına sahib olub. Futbolçu buna 16 yaş 362 günlüyündə nail olub.
Həmin qolu təqdim edirik: