COP29

Avropanın ən güclüsü - İspaniya!

15 İyul 01:00 Avropa çempionatı 1 743
Avropanın ən güclüsü - İspaniya!

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İspaniya yığması 4-cü dəfə Avropa çempionu olub.

Komandaya qələbə gətirən qolları Niko Uilyams (47) və Mikel Oyarzabal (86) vurub. İngiltərə yığmasından isə Koul Palmer 73-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Beləliklə, İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti titulunu qazanıb.

İspaniya - İngiltərə 2:1

Qollar: Niko Uilyams, 47 (1:0), Koul Palmer, 73 (1:1), Mikel Oyarzabal, 87 (2:1)
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin, Olimpiya stadionu

Digər Xəbərlər
Xəbər Lenti