COP29

Tanınmış azərbaycanlı jurnalist Ronaldonun göz yaşlarını görüncə... VİDEO

2 İyul 15:00 Avropa çempionatı 934
Tanınmış azərbaycanlı jurnalist Ronaldonun göz yaşlarını görüncə... VİDEO

“Matçdan öncə gözlənilən ssenari hakimin start fitindən sonra olduğu kimi gerçəkləşdi.

Topa daha çox sahib olan Fransa, meydanın özlərinə aid hissəsində müdafiə olunaraq sürətli əks-hücum taktikası seçən Belçika izlədik.

Əslində, fransızlar hücumda effektsiz, müdafiədə etirbalı idilər. Müdafiədə etibarlı olmaqlarının səbəbi müdafiədən oynamaqları və yarımmüdafiə xəttindəki Kante-Rabio tandemidir”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist AVRO-2024-ün 1/8 final mərhələsində keçirilən Fransa - Belçika (1:0)matçını dəyərləndirib. O, tərəflərin bir-birilərinə mane olmaq üçün meydana çıxdıqlarını deyib, Fransanın təcrübə hesabına qalib gəldiyini diqqətə çatdırıb:

“Hücumların təşkilində sürətli oynasalar da, faydalı iş əmsalı çox aşağı idi. Çünki Qrizman və Mbappenin fərdi şəkildə oynamağa çalışması üçüncü zonada hücumların effektivliyini aşağı salırdı.

Belə ki, həmin futbolçuları neytrallaşdıranda epizod yaratmaq da çətinləşirdi. Belçikada problem isə rəqibin cərimə meydançasında say baxımından çoxala bilməməsi idi.

Düzdür, belçikalılar da ikinci hissənin müəyyən bölümlərində qol epizodları yaratsalar da, bundan faydalana bilmədilər.

Əvəzində fransızlar avtoqolla olsa da, fərqlənməyi bacardılar və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldilər”.

Elçin Cəfərov 18 final mərhələsinin digər qarşılaşması – Portuqaliya - Sloveniya matçı barədə də danışıb, maraqlı şərhlərlə diqqət çəkib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO