Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçirilən final matçında "Bayer 04" və "Atalanta" üz-üzə gəlib.
Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar.
Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.
“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) 3:0
Qollar: Ademola Lukman, 12; 26; 75.
Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).
VAR: Pol van Bökel (Niderland).
İrlandiya, “Dublin Arena” stadionu.