16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığma komanda C divizionunun B qrupunda Kipr ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 51:65 hesablı məğlubiyyəti ilə başa çatıb.
Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.