Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan Latviyanın RFS klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Riqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Adevale Oladoyeni heyətinə cəlb edib.
21 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.
"Sabah" səfərdə keçirilən oyunda RFS-ə 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı isə avqustun 3-də Masazırda keçiriləcək.