Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.
Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.
"Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
21:00 "Şerif" (Moldova) – "Zirə" 0:1
"Şerif": 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Bookye, Ouattara, Riak, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev, 70. İssa Cibrilla, 90. Davit Volkov
Ehtiyat Oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Ange Mutsinzi, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Salifu Suma, Hacıağa Hacıyev, Abbas İbrahim