"Mançester Yunayted"lə "Sevilya" qarşılaşır - Avropa Liqası

13 Aprel 2023 18:40 Avropa Liqası 597
"Mançester Yunayted"lə "Sevilya" qarşılaşır - Avropa Liqası

Bu gün Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki,bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

Günün ilk matçı Niderlandda "Feyennord" və İtaliya "Roma"sı arasında olacaq.

Eyni saatda başlayacaq oyunlarda İspaniya "Sevilya"sı İngiltərədə "Mançester Yunayted"lə, Portuqaliya "Sportinq"i İtaliyada "Yuventus"la, Belçika "Union"u isə Almaniyada "Bayer"lə üz-üzə gələcək.

13 aprel

20:45. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

23:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

23:00. "Bayer" (Almaniya) - "Union" (Belçika)

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i