Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mərasimdə bu raundun cütlükləri bəlli olub.
Bu mərhələdən etibarən istənilən ölkə təmsilçiləri bir-biriləri ilə qarşılaşa biləcəklər.
1/4 final mərhələsi
"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Bayer" (Almaniya) - "Union" (Belçika)
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)
Püşkatma nəticəsində, həmçinin, yarımfinal cütlükləri və final matçının nominal meydan sahibləri müəyyənləşib.
Yarımfinal
1. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) / "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
2. "Feyenoord" (Niderland) - "Roma" (İtaliya) / "Bayer" (Almaniya) - "Union" (Belçika)
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək.
Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.