Portuqaliyaya qol vurdu, Ronaldo kimi qeyd etdi - FOTOLAR

00:00 Dünya futbolu 1 706
Portuqaliyaya qol vurdu, Ronaldo kimi qeyd etdi - FOTOLAR

Millətlər Liqasının pley-off mərhələsində Portuqaliya millisinə qol vuran Danimarkanın futbolçusu Rasmus Hoylund qolunu rəqib komandanın ulduzu Kriştianu Ronaldo tərzində qeyd edib.

Sportinfo.az xəbər verir ki, onun bu hərəkətini Ronaldo da izləyib.

Matçdan sonra açıqlama verən R.Hoylund qol sevincini portuqaliyalı ulduza acıq vermək üçün etmədiyini bildirib:

“Ronaldo mənim idealımdır. Bu hərəkəti onda qıcıq yaratmaq üçün etmədim.

Kriştianu mənim üçün hər şeydir. Futbola ona baxaraq aşiq oldum.

Ronaldonu izlədiyim üçün “Mançester Yunayted”ə azarkeşlik etdim. Mən həmişə onun kimi olmaq istədim”.


Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 08:00 Azərbaycana yaz gəldi