“Burada utancverici heç nə yoxdur, Messi gedəndə, Ronaldo da karyerasını başa vuracaq"

01:30 Dünya futbolu 1 437
“Burada utancverici heç nə yoxdur, Messi gedəndə, Ronaldo da karyerasını başa vuracaq"

Niderland millisinin sabiq hücumçusu olan Cimmi Floyd Hasselbaink hesab edir ki, Kriştiano Ronaldo Dünya Çempionatına getməməlidir.

Sportinfo.az xəbər verir ki, 2000-2004-cü illərdə "Çelsi"nin də şərəfini qoruyan 52 yaşlı Hasselbaink "Gambling Zone" nəşrinə açıqlamalarında bunları qeyd edib:

"Futbolun 2026-cı il Dünya Çempionatında Ronaldoya ehtiyacı yoxdur. O, uzun illər ərzində ən yaxşı oyunçularından biri olub, hətta futbol tarixinin ən yaxşılarından biri.

Lakin hazırda Portuqaliya millisində oynamaqla özünə daha çox zərər vurur, nəinki kömək edir. Bu, onun irsinə də təsir göstərir.

Hər şeyin öz vaxtı var, futbola gəldiyin kimi, bir gün də getməlisən. Düşünürəm ki, onun getmək vaxtı çoxdan çatıb, yerini başqasına verməlidir.

Hesab etmirəm ki, o, Portuqaliyanın hazırkı digər variantlarından daha yaxşıdır.

Bəzi oyunlarda yüksək pressinq lazımdır, bəzi hallarda isə başqa taktiki addımlar atılmalıdır və mən düşünmürəm ki, o, artıq bu tələblərə cavab verir.

Burada utancverici heç nə yoxdur. Onun 40 yaşında hələ də oynaması onsuz da böyük nailiyyətdir.

Hər şeyin sonu olduğu kimi, futbol karyerasının da bir sonu var. Düşünürəm ki, nə vaxtsa Messi futboldan gedəndə, Ronaldo da karyerasını başa vuracaq."

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 08:00 Azərbaycana yaz gəldi