COP29

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq edildi

14 Avqust 07:10 Dünya futbolu 780
Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq edildi

Avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…