Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin xarici ölkələrdə fəaliyyət göstərən səfirləri ilə Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib.
Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Səfər zamanı erməni diplomatlar iki ölkə arasında sərhədin delimitasiyası prosesinin nəticələri ilə tanış olublar.
Avqustun 26-28-də Dilicanda Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkə Prezidenti Vaaqn Xaçaturyan, eləcə də digər rəsmi şəxslər və xarici ölkələrdə akkreditə olunmuş erməni səfirlərlə qapalı iclas keçirilib.