COP29

"Məni yığdı və milliyə çağırıldığımı söylədi, bu xəbəri eşidən kimi ağladım"

20 İyul 10:20 Dünya futbolu 1 106
"Məni yığdı və milliyə çağırıldığımı söylədi, bu xəbəri eşidən kimi ağladım"

Argentina millisinin və “Atletiko Madrid”in yarımmüdafiəçisi Rodriqo De Paul milliyə çağırıldıqdan sonra keçirdiyi hisləri bölüşüb.

Sportinfo.az xəbər verir ki, onun sözlərini “Clarin” nəşri sitat gətirib.

“İlk dəfə milliyə çağırılmağım inanılmaz idi. Diqqətimi İtaliyaya yönəltmişdim.

Mənə oynadığım klubun idman direktoru zəng vurub dedi ki, Valter Samuel mənim nömrəni istəyib. Tez anama zəng vurub “millidən nömrəmi istəyiblər” dedim.

Ardından Valter məni yığdı və yığmaya çağırıldığımı söylədi. Bu xəbəri eşidən kimi ağladım.

Milliyə düşmək üçün çox çalışmalısan. Bu, göylərə toxunmaq kimidir”.

De Paul yığmada 2018-ci ilin oktyabrında debüt edib. O millininn heyətində 69 matça çıxıb, 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?