COP29

"Əgər onun qarşısına hansısa problem çıxmasa..." - Ronaldo Yamalı təriflədi

21 Sentyabr 12:20 Dünya futbolu 681
"Əgər onun qarşısına hansısa problem çıxmasa..." - Ronaldo Yamalı təriflədi

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Barselona”nın 17 yaşlı futbolçusu Lamin Yamal haqqında danışıb.

Sportinfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Mən Lamin Yamalda böyük istedad görürəm. Əgər onun qarşısına hansısa problem çıxmasa, nəslinin ən yaxşı futbolçulardan biri olacaq”, - deyə ulduz forvard vurğulayıb.

Qeyd edək ki, bu mövsüm ərzində Yamal 5 oyunda meydana çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Yamalın “Barselona” ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun transfer dəyərini 120 milyon avro qiymətləndirir.

Yamal İspaniya millisinin heyətində Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti