«Difai»nin beynəlxalq əlaqələr və marketinq departamentinin direktoru Məryəm Məlikova hazırda Fransadadır.
I Liqada çıxış edən klubun funksioneri Paris-2024 Yay Olimpiya Oyunlarının izləyiciləri arasında yer alıb.
O, Olimpiadanın futbol üzrə yarışının açılış matçında olub. M.Məlikova A qrupu çərçivəsində keçirilən Yeni Zellandiya - Qvineya qarşılaşmasında (2:1) fəxri qonaq qismində iştirak edib.
Həmyerlimiz həmçinin velosiped üzrə yarışın Paris mərhələsi üzrə təşkil olunan veloturuna qatılıb.
SPORTİNFO.AZ