COP29

Ərəblərin puluna aldanmaq istəmir, 41 yaşında karyerasını bitirir - Həvəsdir, daha bəsdir!

28 İyul 00:20 Dünya futbolu 1 106
Ərəblərin puluna aldanmaq istəmir, 41 yaşında karyerasını bitirir - Həvəsdir, daha bəsdir!

Portuqaliyalı müdafiəçi Pepe futbolçu karyerasını bitirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qalettin məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları azad agent statusunda olan oyunçunu transfer etməkdə maraqlıdır. Lakin 41 yaşlı futbolçu peşəkar karyerasını başa vurmaq istəyir.

Daha əvvəl Pepe ilə İspaniya “Selta”sının maraqlandığı haqda xəbərlər yayılmışdı.

Pepenin son klubu “Portu” olub. O, 2019-cu ilin yanvarında azad agent kimi “Beşiktaş”dan Portuqaliya klubuna keçib.

Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyuna çıxıb, 3 qol vurub və 2 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...