COP29

83 dəqiqə gecikmə, göz yaşları və… VİDEO BLOQ

19 İyul 03:30 Dünya futbolu 490
83 dəqiqə gecikmə, göz yaşları və… VİDEO BLOQ

Amerika Kubokunun finalında Argentina və Kolumbiya komandaları qarşılaşıblar.

Sportinfo.az xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb.

Matçın taleyini uzatma dəqiqələri həll edib.

Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.

Floridada, "Hard Rock Stadium"da keçirilən final oyunu bir neçə dəfə təxirə salınıb.

Minlərlə biletsiz azarkeş hasarlardan adlamağa, havalandırma şaxtalarından keçməyə çalışıb. Bu səbəbdən oyunun startı planlaşdırıldığından 83 dəqiqə gec başlayıb.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi isə 65-ci dəqiqədə yıxılaraq zədə alıb. Meydandan çıxarılan forvard ağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?