COP29

MİLLİNİN GÜNDƏMİ: 11 antiqəhrəman və 1 qəhrəman... VİDEO

10 Sentyabr 08:40 Dünya futbolu 763
MİLLİNİN GÜNDƏMİ: 11 antiqəhrəman və 1 qəhrəman... VİDEO

Millətlər Liqasının II turu çərçivəsində keçirilən Slovakiya - Azərbaycan oyunundan (2:0) öncə dövlət himnləri səsləndirilərkən avropalı tamaşaçılar maraqlı hadisəyə şahid oldular.

Stadionda Azərbaycan Respublikasının Dövlət Himni canlı ifa olundu.

Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa ilə səsləndirən sənətçi Avropada yaşayan Karen Danger-Manafzadə idi.

Bəs Karen Danger-Manafzadə kimdir?

Karen Danger-Manafzadə alman əsilli kubalı müğənnidir və azərbaycanlı pianoçu, bəstəkar, Əməkdar artist Abuzər Manafzadənin həyat yoldaşıdır.

Hələ dünənki matçdan əvvəl sosial şəbəkədə anons verən Karen Danger-Manafzadə yazmışdı: “Mən Slovakiya-Azərbaycan futbol oyunu öncəsi Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirəcəyim üçün çox xoşbəxtəm və çox qürurluyam!”.

Müğənni və aktrisa Karen Danqer-Manafzadə Almaniyanın Münhen şəhərində anadan olub. Müğənni və rəqqasəlik karyerasına 11 yaşında erkən başlayan Karen həyatının çox hissəsini səhnədə, solo ifaçı kimi və musiqili tamaşalarda keçirib.

O, 6 yaşında rəqs təhsilinə başlayıb və Almaniyanın Regensburq şəhərindəki “Ballett-Tanz-Akademie”də müasir rəqs üzrə təhsil alıb. 10 yaşında olanda anası Karenin mahnı oxumağa olan həvəsini araşdırıb və onu müğənni kimi karyera qurmasına dəstək verib.

Karen Almaniyada keçirlən bir sıra müsabiqələrdə yüksək yerlər tutaraq, müxtəlif mükafatlar qazanıb.

19 yaşında o, Vyana Konservatoriyasında müğənnilik, aktyorluq, rəqs və musiqili teatr üzrə təhsil almaq üçün Avstriyaya köçüb (2016-2019).

Kren 2021-2022-ci illərdə Vyana şəhərinin Musiqi və İncəsənət Universitetində klassik operetta üzrə təhsil alıb, oxumaq, rəqs etmək və aktyorluq sənətinə görə dövlət diplomuna yiyələnib.

Daha sonra müğənnilik təhsili alıb. Konservatoriyada işlədiyi müddətdə o, kino və kommersiya istehsalı üçün aktrisa və model kimi çalışıb.

2019-cu ildə Karen azərbaycanlı dirijor, pianoçu və bəstəkar Abuzər Manafzadə ilə ailə həyatı qurub. Abuzər Manafzadə vasitəsilə o, həm də Azərbaycan və türk repertuarını oxumağa başlayıb.

O, Avropanın bir çox şəhərlərində, Vyana, Zalsburq, Varşava, Pozitano, Amsterdam, İstanbul və Barselonada, eləcə də Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çıxış edib.

Karen Danger-Manafzadə həyat yoldaşı Abuzər Manafzadə ilə birgə hazırda Avstriyanın paytaxtı Vyanada yaşayır və sənət karyerasını klassik müğənni və kino aktrisası kimi davam etdirir.

Karen Danger-Manafzadə Avropadakı çıxışlarında dəfələrlə Azərbaycan mahnılarını böyük məharətlə ifa edib.

Abuzər Manafzadə və xanımı Karen Danger-Manafzadə Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edir. Onlar Vyanada və Avropanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatlarının təşkil etdiyi konsertlərdə çıxış eməklə yanaşı, Azərbaycan musiqisinin təbliği ilə məşğuldurlar.

Qeyd edək ki, dünənki oyunun nəticəsi azərbaycanlı azarkeşləri məyus edib. Milli komandamız Slovakiyaya 0:2 hesabı ilə uduzub (modern.az).

Karen Danger-Manafzadə himnimizi belə oxudu:

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?