COP29

Bakıda Formula 1-ə saxta bilet satan şəxs necə tutuldu? - VİDEO

13 Sentyabr 11:20 Dünya futbolu 574
Bakıda Formula 1-ə saxta bilet satan şəxs necə tutuldu? - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Formula 1 Azərbaycan Qran-Prisi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.

Sportinfo.az xəbər verir ki, həmin şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub.

E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.

Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Nazirlik Formula 1 Azərbaycan Qran-Prisini canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələrini tövsiyə edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə